logo

Rusiyanın ABŞ-dakı 300 milyard $-ı Ukraynanın maraqları üçün müsadirə ediləcək

11:55 11-01-2024 | icon 2100
Rusiyanın ABŞ-dakı 300 milyard $-ı Ukraynanın maraqları üçün müsadirə ediləcək

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiyanın dondurulmuş 300 milyard dollara yaxın aktivlərinin müsadirəsinə imkan yaradan qanunu dəstəkləyir.

YeniAvropa  "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən Senatın Xarici Əlaqələr Komitəsinə təqdim olunan sənəddə Ağ evin Rusiya aktivlərinin müsadirəsi haqqında qanun layihəsini “prinsipcə” alqışladığı deyilir.

“Qanun layihəsi icra hakimiyyəti orqanlarına Rusiya aktivlərinin Ukraynanın maraqları üçün müsadirəsinə lazım olan səlahiyyətlər verəcək”, - deyə sənəddə bildirilir. Həmin aktivlərin Ukraynanın “bərpası üçün” istifadə olunacağı nəzərdə tutulur.

Ağ ev, həmçinin bu addımını "G7"dəki müttəfiqləri ilə, xüsusən Rusiyanın təxminən 200 milyard dollarlıq aktivlərinin dondurulduğu Avropa ölkələri ilə koordinasiya etmək istəyir.