Azərbaycan millisinin və Tailandın “Buriram Yunayted” komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubu ilə danışıqlar aparır.
YeniAvropa xəbər verir ki, qardaş ölkə mətbuatında 27 yaşlı hücumçunun I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalamağa hazırlaşır.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Razılıq əldə olunsa, təcrübəli forvard Kocaeliyə gələrək rəsmi sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, “Kocaelispor” Türkiyə II Liqasında XVII turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ertuğrul Sağlamın başçılıq etdiyi komanda Superliqaya çıxmaq uğrunda mübarizə aparır.