logo

Aleksandr Rıbak Bakıda solo konserti ilə çıxış edəcək

13:53 10-01-2024 | icon 14196
Aleksandr Rıbak Bakıda solo konserti ilə çıxış edəcək

“Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak fevralın 28-i və 29-da Heydər Əliyev Sarayında solo konserti verəcək.

YeniAvropa xəbər verir ki,  o, səhnəyə Azərbaycanın əməkdar artisti Səbinə Babayeva da çıxacaq.

Belarus mənşəli norveçli musiqiçi Aleksandr Rıbak “Eurovision-2009” müsabiqəsində qələbə qazandıqdan sonra məşhurlaşıb. Müsabiqənin finalında onun “Fairytale” kompozisiyası rekord sayda səs - 387 bal toplamışdı. Musiqiçinin “Fairytales” debüt albomu doqquz Avropa ölkəsində ilk iyirmiliyə daxil olub, Rusiyada və Norveçdə isə birinci yer tutub.