logo

316 yük maşını sərhəddə Azərbaycana keçmək üçün icazə gözləyir

14:54 09-01-2024 | icon 1057
316 yük maşını sərhəddə Azərbaycana keçmək üçün icazə gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 180 yük maşını gözləyir.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, hazırda “Samur” gömrük postunda 46, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 26, "Astara" gömrük postunda 4 və “Xanoba” gömrük postunda 0 yük maşını var.