Qabriel Attal Fransanın yeni baş naziri təyin edilib.
YeniAvropa xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hökumət başçısının təyinatı ilə müvafiq qərarı Fransa prezidenti Emmanuel Makron imzalayıb.
34 yaşlı Q.Attal bu təyinatadək ölkənin təhsil naziri olub. O, Fransa tarixində ən gənc baş nazir olub. Beləliklə, Qabriel Attal 1984-cü ildə 37 yaşında Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təsdiq edilən Loran Fabiusu qabaqlayıb.
Xatırladaq ki, ötən gün dövlət başçısı 2022-ci ilin mayından baş nazir vəzifəsində çalışan Elizabet Bornu tutduğu vəzifədən azad edib.