logo

Ata həbsanadakı oğluna əncir mürəbbəsində narkotika apardı

11:55 09-01-2024 | icon 931
Ata həbsanadakı oğluna əncir mürəbbəsində narkotika apardı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.