Yanvarın 10-da Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək.
YeniAvropa xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı Vladimir Litvintsev təmsil edəcək.
23 yaşlı idmançımız yanvarın 10-da qısa və 12-də isə sərbəst proqramda qüvvəsini sınayacaq.
Avropa çempionatına yanvarın 14-də yekun vurulacaq.
Qeyd edək ki, Vladimir Litvintsev 2018-ci ildən ölkəmizi beynəlalq yarışlarda təmsil edir.
O, 2022-ci il Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib və ümumi hesabda 18-ci olub.
Vladimir Litvintsev Beynəlalq Konkisürmə İttifaqının 2023-cü ilin noyabr reytinqinə görə, kişi idmançılar arasında 31-ci pillədə qərərlaşıb.