"Beşiktaş" klubunun anlaşdığı baş məşqçi Fernandu Santuş bu gün Türkiyəyə gələcək.
YeniAvropa Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı tanınmış mütəxəssis axşam saatlarında İstanbulda olacaq.
Yanvarın 9-da isə 70 yaşlı çalışdırıcı üçün rəsmi təqdimat mərasimi keçiriləcək.
“Ağ-qaralar” ötən gün təcrübəli baş məşqçi ilə razılıq əldə edib. F. Santuşun “Beşiktaş”dakı köməkçiləri isə Joau Koşta, Paulinyu, Justinyu Fernandu, Rikardu Santuş, Jorje Rosariu olacaq.