Cari il yanvarın 1-i tarixinə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə 6 milyard 899,2 milyon dollar gəlir əldə olunub.
YeniAvropa Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadən xəbər verir ki, AÇG yatağının ötənilki gəlirləri 2022-ci illə müqayisədə 30,3 faiz azalıb.