Şahmat üzrə keçmiş dünya çempionu norveçli Maqnus Karlsen iddiaçılar turnirində iştirakdan imtina edib.
YeniAvropa xəbər verir ki, şahmatçı bu fikirləri “Chess.com” portalına bildirib.
İddiaçılar turniri aprelin 2-dən 24-dək Kanadanın Toronto şəhərində keçiriləcək.
“Əsas səbəb ondadır ki, bu, mənim xoşuma gəlmir. Sadəcə belə. Mən turnirdə iştirak etməyəcəyəm. Narahat olmayın”, - deyə Karlsen bildirib.
2022-ci ildə Karlsen dünya şahmat tacı uğrunda oyunda iştirakdan imtina edib. Həmin oyunda o, iki dəfə ardıcıl olaraq rusiyalı Yan Nepomnyaşşi ilə görüşməli idi və bu səbəbdən dünya çempionu adından məhrum edilib.