logo

Ötən il 42 azərbaycanlı Antalyada şirkət qurub

17:17 07-01-2024 | icon 1715
Ötən il 42 azərbaycanlı Antalyada şirkət qurub

2023-cü ildə Antalyada şirkət quran əcnəbilər siyahısında azərbaycanlılar ilk beşliyə daxil olub.

YeniAvropa  Antalya Ticarət Palatasının yaydığı məlumata istinadən xəbər verir ki, ötən il Antalyada əcnəbilər tərəfindən 6 min 765 şirkət qurulub ki, onlardan 791-i xarici şirkət kimi qeydiyyatdan keçib.

Məlumata əsasən, qeyd olunan dövrdə rusiyalılar 255, almaniyalılar 83, iranlılar 64, ukraynalılar 53, azərbaycanlılar 42 şirkət qurublar.

Qeyd edək ki, qurulan xarici şirkətlər arasında tikinti şirkətləri üstünlük təşkil edir. Siyahıda sonrakı yerlərdə İKT, restoran, qida-içki və əyləncə xidmətləri göstərən şirkətlər qərarlaşıb. Qurulan şirkətlərdən 57-si informasiya texnologiyaları şirkətləridir.