Rusiya və Belarus idmançıları Qış Olimpiya Oyunlarına buraxılmadı
Yanvarın 19-dan fevralın 1-dək Cənubi Koreyanın Kanvondo əyalətində keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarında neytral idmançılar iştirak etməyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Komitənin mətbuat xidmətinin əməkdaşı Rusiya və Belarusdan olan gənc idmançıların yarışlarda iştirakı ilə bağlı suala cavabında deyib: "Heç bir fərdi neytral idmançı 2024-cü il Yeniyetmələrin Qış Olimpiya Oyunlarında iştirak etmək hüququna malik deyil".
Kanvondoda 81 dəst medal oynanılacaq. Oyunların proqramına xokkey, fiqurlu konkisürmə, xizəksürmə, biatlon, sürətli konkisürmə, körlinq, fristayl, dağ xizəksürmə, bobsley, skeleton, sanki yarışı, snoubord, tramplindən xizəklə tullanma, xizək ikinövlülüyü və şort–trek daxildir.
Qeyd edək ki, ötən il martın 28-də BOK İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarına beynəlxalq yarışlarda yalnız neytral idmançı kimi, həm də Ukraynada xüsusi hərbi əməliyyatı dəstəklədiyini açıq şəkildə bildirməyən və silahlı qüvvələrlə və ya milli təhlükəsizlik orqanları ilə əlaqəsi olmayan idmançıların iştirakına icazə verilməsini tövsiyə edib.
Xatırladaq ki,yeniyetmələrin birinci Qış Olimpiya Oyunları 2012-ci ildə Avstriyanın İnsbruk şəhərində, ikincisi 2016-cı ildə Norveçin Lillehammer şəhərində, üçüncüsü isə 2020-ci ildə İsveçrənin Lozanna şəhərində keçirilib. Yeniyetmələrin Qış Olimpiya Oyunlarının ümumi nəticələrinə görə Rusiya yığması üç turnirdə 22 qızıl, 23 gümüş və 24 bürünc mükafat qazanaraq qeyri-rəsmi medal sıralamasında birinci yeri tutur. İkinci yerdə Cənubi Koreya komandası (21-9-5), üçüncü yerdə isə Almaniya komandası (20-21-16) qərarlaşıb.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib