logo

“Qarabağ” “Sabah”ın yarımmüdafiəçisini transfer edib

20:20 04-01-2024 | icon 1694
“Qarabağ” “Sabah”ın yarımmüdafiəçisini transfer edib

“Qarabağ” klubu qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, Ağdam təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin üzvü olan 28 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.

Aleksey İsayev 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. O, bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), Azərbaycanda isə “Sumqayıt”da (2018-20) çıxış edib.