logo

Jude Bellingham dünyanın ən bahalı futbolçusudur

15:55 04-01-2024 | icon 1372
Jude Bellingham dünyanın ən bahalı futbolçusudur

Dünyanın ən bahalı 100 futbolçusunun adları bəlli olub.

YeniAvropa xəbər verir ki, bu, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin(CIES) dərc etdiyi yeni siyahıdan sonra məlum olub.

CIES-in versiyasına əsasən, İspaniyanın "Real" klubunda çıxış edən ingiltərəli Jude Bellingham ilk pillədə qərarlaşıb.

20 yaşlı oyunçunun dəyəri 267,5 milyon avro olaraq qiymətləndirilib. İngiltərə təmsilçisi "Mançester Siti"dən norveçli Erlinq Holann (251,2 milyon avro) ikinci, Bellinqemin komanda yoldaşı braziliyalı Vinisius Junior isə (250,3 milyon avro) üçüncü olub.

"Real"dan Rodriqo (247,9 milyon avro), İngiltərənin "Arsenal" klubundan Bukayo Saka (223 milyon avro), "Mançester Siti"dən Fil Foden (195,8 milyon avro), İspaniya çempionu "Barselona"dan Qavi (175,4 milyon avro), "Mançester Siti"dən Xulian Alvares (164,7 milyon avro), Almaniyanın "Bavariya" komandasından Camal Musiala (152,4 milyon avro) və "Arsenal"dan Martin Edeqor (150,6 milyon avro) ilk "10-luğ"u tamamlayıblar.