logo

Antoni Blinken Türkiyəyə səfərə gəlir

17:27 03-01-2024 | icon 4480
Antoni Blinken Türkiyəyə səfərə gəlir

ABŞ dövlət katibi Antoni Blinken yanvarın 6-da Türkiyəyə səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı Türkiyənin xarici işlər naziri Hakan Fidana istinadla məlumat yayıb.

Məlumatda bildirilib ki, danışıqların gündəliyinə regional məsələlər, o cümlədən Qəzzada vəziyyətin nizamlanması, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr, həmçinin Türkiyəyə F-16 qırıcılarının satışı daxildir.