logo

44 futbol hakimimiz Antalyaya təlim-məşq toplanışına gedir

15:15 03-01-2024 | icon 1442
44 futbol hakimimiz Antalyaya təlim-məşq toplanışına gedir

Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək elit kateqoriyalı, 1-ci dərəcəli hakim və köməkçi hakimlərin adları müəyyənləşib.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə 20 referi, 24 referi köməkçisi qatılacaq.

Referilər: Əliyar Ağayev, Rauf Cabarov, Elçin Məsiyev, İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Rəşad Əhmədov, Kamal Umudlu, Fərid Hacıyev, Tural Qurbanov, Rauf Allahverdiyev, Nicat İsmayıllı, Cavid Cəlilov, Kamranbəy Rəhimov, Emin Əliyev, Kamran Əliyev, Əli Əliyev, Fəridə Lütfəliyeva, Əkbər Əhmədov, Şamil İmanzadə, İslam Məmmədov.

Referi köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Cəmil Quliyev, Rahil Ramazanov, Müslüm Əliyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rəhman İmami, Vüsal Məmmədov, Teymur Teymurov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Asiman Əzizli, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Kərim Zeynalov, Tərlan Talıbzadə, Sənan Atayev, Mirnihat Seyidov, Samir Qaracayev, Orxan İbişov.

Qeyd edək ki, yanvarın 8-də start götürəcək toplanış həmin ayın 18-dək davam edəcək.