logo

Azərbaycanın "İnterpol"la axtardığı şəxs Türkiyədə saxlanılıb

11:11 03-01-2024 | icon 1106
Azərbaycanın "İnterpol"la axtardığı şəxs Türkiyədə saxlanılıb

Azərbaycanın "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb. 

O, qeyd edib ki, Türkiyənin 11 bölgəsində keçirilən "QƏFƏS-28” əməliyyatı çərçivəsində ümumilikdə 18 ölkə vətəndaşı olmaqla 56 nəfər saxlanılıb.

Onlar ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən şəxslərdir. Həmin şəxslər çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.