Yaponiyada ötən gün 7,6 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı 24-ə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Ölkənin təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zəlzələnin ocağının yerləşdiyi İşikava prefekturasında vəziyyət ağır olaraq qalır.Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.