Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Yaponiya mediası ölkənin müvafiq qurumlarına isinadla məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 16:10-da baş verib. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib. Dənizdə dalğanın hündürlüyünün 5 metrə çatacağı güman olunur. Sahil zonasından əhalinin təxliyəsinə başlanılıb.