logo

Rəssamın əsəri 80 milyon dollara hərraca çıxarılıb

18:33 14-09-2018 | icon 5187
Rəssamın əsəri 80 milyon dollara hərraca çıxarılıb

İngilis rəssamı, qrafiki və fotoqrafı Devid Hokninin (1937) “Rəssamın portreti (hovuz iki fiqurla birgə)” rəsm əsəri 80 milyon dollara Christie's satış evinin hərracına çıxarılıb.

YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, müasir dövrün ən böyük şedevrlərindən sayılan bu portret hazırda sağ olan sənətkarın indiyə qədər hərracda satılan ən bahalı incəsənət əsəri rekordunu yeniləyə bilər. Əsər adının çəkilməsini istəməyən kolleksiyaçı tərəfindən satışa qoyulub. Satış evinin nümayəndəsi hesab edir ki, bu, qiymətin son həddi deyil və yüksəlməyə doğru dəyişə bilər.

Noyabrın 15-də Nyu-Yorkda baş tutacaq hərrac ərəfəsində rəsm əsəri Honkonq, London və Los-Ancelesdə nümayiş olunacaq.

Qeyd edək ki, hazırkı rekord 2013-cü ildə keçirilən hərracda qeydə alınıb. Həmin vaxt amerikalı Ceff Kunsun (1955) paslanmayan poladdan hazırladığı “Balloon Dog (Orange)” əsəri 58 milyon dollara satılmışdı.