logo

Güclü küləkdən 3 nəfər xəsarət alıb:1 nəfər əməliyyat olunub

12:52 28-12-2023 | icon 12894
Güclü küləkdən 3 nəfər xəsarət alıb:1 nəfər əməliyyat olunub

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən bildiriblər.

Qeyd edilib ki, Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə öz istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.