İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə yeni iş yerləri yaratmaqla bərabər, əhalinin Böyük Qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpaolunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək.