Üçüncü qüvvələrin Serbiyada iğtişaşları qızışdırmaq cəhdlərini müşahidə edirik.
YeniAvropa xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Kremlin sözçüsü aralarında əcnəbilərin də olduğu bir qrupun Serbiyada iğtişaş yaratmağa cəhd etdiyini deyib.
“Baş verənlər Serbiyanın daxili məsələsidir. Ölkədə bütün lazımi tədbirləri görəcəyinə inandığımız qanuni bir hökumət var. Serbiya rəhbərliyinin asayişi qoruyacağına şübhə etmirik”, - deyə Dmitri Peskov bildirib.
Xatırladaq ki, Serbiyada dekabrın 17-də keçirilən parlament və yerli seçkilərdən sonra paytaxt Belqradda iğtişaşlar baş verib. Serbiya Prezidenti Aleksandar Vuçiç gərginlikdən sonra xalqa müraciətində hüquq-mühafizə orqanlarının vəziyyəti nəzarətdə saxladığını açıqlayıb.