logo

Sumqayıtda avtomobillərin toqquşdu,ölən piyada oldu

09:02 26-12-2023 | icon 7329
Sumqayıtda avtomobillərin toqquşdu,ölən piyada oldu

İki avtomobilin toqquşması nəticəsində yoldan keçən piyada həyatını itirib.

YeniAvropa xəbər verir ki, hadisə Sumqayıtda baş verib. Belə ki, şəhər ərazisində Siyəzən rayon sakini 1989-cu il təvəllüdlü Xangəldiyev Vüsal Rəhman oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Cəfərov Elşən Balamirzə oğlunun idarə etdiyi “Qaz-31” markalı avtomobillər toqquşub.

Qəza zamanı yoldan çıxan avtomobillər yol kənarındakı piyadanı vurub.

Zərərçəkmiş hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.