logo

Xocavənddə betonqarışdıran maşın aşıb-ölən və yaralanan var

11:11 23-12-2023 | icon 6083
Xocavənddə betonqarışdıran maşın aşıb-ölən və yaralanan var

Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi betonvuran avtomobil Xocavənd rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.

YeniAvropa xəbər verir ki, Böyük Tağlar kəndi ərazisində baş verən hadisə nəticəsində sərnişin Elçin Nəzərov ölüb. Sürücü Rahil Ağayev isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.