logo

Hacıqabulda ağır avtoqəza: Ölən və yaralananlar var

16:16 21-12-2023 | icon 6062
Hacıqabulda ağır avtoqəza: Ölən və yaralananlar var

Hacıqabulda bu gün baş verən ağır avtoqəzada  bir nəfərin ölüb, iki nəfər yaralanıb. 

YeniAvropa xəbər verir ki, “Prado” markalı avtomobillə “Qazel”in toqquşduğu qəza Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. 

Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər - Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.