logo

Azərbaycan FIFA reytinqində 114-cüdür

14:14 21-12-2023 | icon 1512
Azərbaycan FIFA reytinqində 114-cüdür

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan yığmasının mövqeyi dəyişməyib.

Hazırda baş məşqçisi olan komanda 1174.22 xalla 114-cü sırada qərarlaşıb.

Reytinq siyahısına əvvəlki kimi Argentina seçməsi (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) üçüncü pilləni tutur.

Türkiyə yığması (1505.28) isə 37-ci sırada yer alıb.