logo

“Azpetrol”  Xankəndidə modul tipli yanacaqdoldurma məntəqəsi açıb

10:50 20-12-2023 | icon 1750
“Azpetrol”  Xankəndidə modul tipli yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Xankəndi şəhərində dekabrın 19-da sayca 102-ci modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Yeni yanacaqdoldurma məntəqəsində "Aİ-92", "Aİ-95" və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 102 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 STQ tipli (CNG) qazdoldurma postu (sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.