logo

Uşu millimiz Avropa çempionatında 9 medal qazanıb

16:56 19-12-2023 | icon 1505
Uşu millimiz Avropa çempionatında 9 medal qazanıb

Azərbaycanın uşu kunq-fu yığması Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.

YeniAvropa xəbər verir ki, milli komanda yarışı 9 medalla başa vurub. Onlardan 2-si qızıl, 3-ü gümüş, 4-ü isə bürünc mükafatdır.

Elçin Eminov bütün rəqiblərinə qalib gələrək 6-cı dəfə Avropa çempionu olub. Hamza Rəsulzadə də rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıb.