logo

UEFA Avropa Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

17:12 18-12-2023 | icon 1995
UEFA Avropa Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.

YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək.

Azərbaycan çempionu ilk matçını səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Avropa Liqası, 1/8 final

“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)

“Milan” (İtaliya) – “Renn” (Fransa)

“Lans” (Fransa) – “Frayburq” (Almaniya)

“Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya)

“Benfika” (Portuqaliya) – “Tuluza” (Fransa)

“Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)

“Qalatasaray” (Türkiyə) – “Sparta” (Praqa, Çexiya)

“Şaxtyor” (Donetsk, Ukrayna) - “Marsel” (Fransa)

Bu mərhələnin qarşılaşmaları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaq.