logo

Xankəndiyə gedən PFL-in prezidenti və əməkdaşları qəzaya düşdü

12:52 16-12-2023 | icon 6965
Xankəndiyə gedən PFL-in prezidenti və əməkdaşları qəzaya düşdü

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının(PFL) prezidenti və qurumun 5 əməkdaşı ilkin olaraq Bərdə rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.

SDaha sonra qəzada xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

Qeyd edək ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda Ağdamın "Qarabağ" komandası aşağı liqanın hazırkı lideri Bakının MOİK  komandası ilə qarşılaşacaq.

İlkin məlumata görə, komandalar bir gün öncə Bakıdan təyyarə ilə Füzuli Hava limanına, oradan isə Şuşa şəhərinə yollanacaqlar. Gecəni Şuşara keçirən futbolçular növbəti gün Xankəndi şəhər stadionunda qarşılaşacaqlar.