logo

Azərbaycan-Türkiyə regionlararası forumu keçiriləcək

14:54 13-12-2023 | icon 1330
Azərbaycan-Türkiyə regionlararası forumu keçiriləcək

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyə-Azərbaycan İşgüzar Şurası (DEİK) arasında görüş keçirilib.

AZPROMO-danYeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkənin işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi kimi məsələləri müzakirə olunub.

Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçirib.

Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev və DEİK-in Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Kamal Koloğlu ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, bu istiqamətində görülən işlər, birgə tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələləri müzakirə ediblər. Belə ki, tərəflər arasında bu ilin dekabr ayında Bakıda Azərbaycan-Türkiyə İnvestisiya və Maliyyə Forumunun, 2024-cü ildə AZPROMO tərəfindən Türkiyəyə ixrac missiyasının, həmçinin “Investment Roadshow” tədbirlərinin Türkiyədə təşkili, eləcə də gələcəkdə Azərbaycan-Türkiyə regionlararası forumunun keçirilməsi imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.