logo

Azərbaycanda sənaye istehsalı azalıb

13:53 12-12-2023 | icon 1589
Azərbaycanda sənaye istehsalı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artıb. Sənaye məhsulunun 67,9 faizi mədənçıxarma sektorunda, 26,8 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 74,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 37,4 faiz, tikinti materiallarının istehsalı 29,8 faiz, içkilərin istehsalı 27,5 faiz, poliqrafiya məhsullarının istehsalı 26,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 19,2 faiz, kağız və karton istehsalı 18,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, tütün məmulatlarının istehsalı 9,6 faiz, neft məhsullarının istehsalı 8,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,3 faiz, mebel istehsalı 5,7 faiz, əczaçılıq məhsullarının istehsalı 1,1 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 9,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, sair sənaye məhsullarının istehsalı 12,0 faiz, geyim istehsalı 13,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,0 faiz artıb.