logo

Bakı-Ağstafa reysində yeni qatarlardan istifadə ediləcək

13:33 12-12-2023 | icon 1673
Bakı-Ağstafa reysində yeni qatarlardan istifadə ediləcək

“Stadler” şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq 10 qatar ölkəyə gətiriləcək. Onlardan 4-ü bu ilin sonuna qədər təhvil veriləcək. Hazırda qatarlardan biri Bakıdadır. Növbəti qatar isə bu gün sərhəddən keçir. Yerdə qalan iki qatarın gətirilməsi üzrə hazırlıqlar görülür.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.

ADY sədri qeyd edib ki, bu ayın sonuna qədər həmin qatarlar Azərbaycanda olacaq.

“Altı qatarın istehsalı ilə bağlı isə son işlər görülür. 2024-cü ilin sonuna kimi həmin qatarlar da ölkəmizə təhvil veriləcək. Ölkəmizə gələn 4 qatar isə son sınaqlardan sonra 2024-cü ilin mart-aprel ayında istifadəyə veriləcək. Bu qatarların əsas marşrutu Bakı dairəvi marşrutudur. Eləcə də qatarların respublikanın digər prioritet istiqamətlərində istifadə edilməsi nəzərdə tutulub. Xüsusilə Bakı-Ağstafa reysində bu yeni qatarlardan istifadə ediləcək".