UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İsveçin "Hekken" komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Yucin Cajaya Doxando Miftari və Rexdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion İzeray yerinə yetirəcək.
VAR hakimi italiyalı Luka Pairetto, onun köməkçisi isə Valerio Marini olacaq. Hakimlərin işinə maltalı Alan Mario Santo qiymət verəcək.
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək matç saat 21:45-də start götürəcək.