logo

Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq

12:58 11-12-2023 | icon 1043
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq

Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 rezidentindən biri də “İmprotex Qarabağ Sənaye kompleksi”dir. Sənaye Parkında kompleksin zavodunun tikintisinə başlanılıb. Gələn il fəaliyyətə başlayacaq zavodda minatəmizləyən texnikalarla yanaşı, qoşqu və yarımqoşqu, xüsusi təyinatlı texnikalar istehsal ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə “İmprotex Qarabağ Sənaye Kompleksi”nin direktoru Fərid Abdullayev məlumat verib.

Bildirib ki, Sənaye Parkında kompleksin ümumi sahəsi 5 hektar ərazini əhatə edəcək və burada 8 min kvadratmetrlik zavod olacaq. Layihə üzrə tikinti işləri mərhələli şəkildə aparılacaq. Zavod üçün 7,4 milyon manat investisiya yatırımı planlaşdırılır. Zavodda açılacaq 124 iş yerində yerli sakinlər çalışacaq.