Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
YeniAvropa xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçiriləcək oyunun baş hakimi olacaq.
36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 13-də keçiriləcək.