“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" superturnirinin açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ötənilki turnirin ən yaddaqalan anlarını özündə əks etdirən videoçarx yayımlanıb.
Açılış mərasimində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu cür turnirə ev sahibliyi etdikləri üçün qürur duyduğunu bildirib. O, memorialın keçirilməsinin Qəbələyə həvalə olunmasına görə Prezident İlham Əliyevə, həmçinin təşkilatçılara təşəkkür edib. S. Abdullayev qeyd edib ki, Qəbələdə bu cür turnirin təşkili böyük önəm daşıyır.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov “Vüqar Həşimov Memorialı”nın dünya şahmat təqvimində xüsusi yerə malik olduğunu söyləyib. O, Azərbaycan şahmatının uğurlarının V.Həşimovun adı ilə bağlı olduğunu bildirib. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunduğunu xatırladan federasiya rəhbəri ölkədə nüfuzlu idman yarışlarının keçirildiyini, onlardan birinin də Bakıdakı şahmat üzrə Dünya Kuboku olduğunu əlavə edib.
Turnirin Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov yarışda iştirak üçün dəvəti qəbul edən şahmatçılara minnətdarlığını bildirib. Dünya şahmatının korifeylərindən olan israilli Boris Geifandın adını xüsusi vurğulayan Q. Həşimov tanınmış qrosmeysterin 2010-cu ildə Həştərxanda keçirilmiş dünya Qran-Prisində Vüqar Həşimova dəstək olduğunu xatırladıb.
Ardınca isə “Qasım Həşimov Memorialı”nı açıq elan edib. İştirakçılar səhnəyə çıxaraq şam ağacının üzərindəki oyuncaqları açaraq ilk turda üz-üzə gələcək cütlükləri müəyyənləşdiriblər. Beləliklə, açılış turunda Superturnirin baş hakimi beynəlxalq qrosmeyster İlahə Qədimova yarışın qaydaları ilə bağlı məlumat verdikdən sonra yarışın püşkü atılıb.
İlk turda Şəhriyar Məmmədyarov rumıniyalı Riçard Rapportla, israilli Boris Geifand hindistanlı Arjun Eriqaisi ilə, Nicat Abbasov niderlandlı Yorden Van Forestlə, Teymur Rəcəbov hindistanlı Visit Santos Qucrati ilə, Aydın Süleymanlı isə Rauf Məmmədovla qarşılaşacaq.
Qeyd edək ki, “Vüqar Həşimov Memorialı” dekabrın 11-dək davam edəcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib