logo

“Kapital Bank” “Naxçıvan Bank”ın kredit portfelinin 60 milyon manatlıq hissəsini əldə edib

12:12 08-12-2023 | icon 1708
“Kapital Bank” “Naxçıvan Bank”ın kredit portfelinin 60 milyon manatlıq hissəsini əldə edib

“Kapital Bank” “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsini əldə edib.

YeniAvropa xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bu gün keçirilən brifinqdə deyib.

Bankın sədri qeyd edib ki, “Kapital Bank”ın “Naxçıvan Bank”ı almaq planı olmayıb: “Lakin müxtəlif bank və bank olmayan kredit təşkilatlarında hər hansı bir aktivin əldə edilməsi ilə bağlı danışıq aparıla bilər”.