Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirlər açıqlanıb.
YeniAvropa ARDNF-nın yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan dövrdə fondun gəlirləri 1 milyard 308 milyon dollar təşkil edib.
Kondensat satışından isə əldə olunan gəlirlər cari ilin 11 ayında 324 milyon 396 min dollar olur.