AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının H qrupunda Belçikada “Antverpen” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək matçın UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.
Qeyd edək ki, qarşılaşma dekabrın 13-də Dyörne şəhərində oynanılacaq.