logo

Gələn il "Formula-1 Azərbaycan Qran-Pri"sində sprint yarışı olmayacaq

12:11 06-12-2023 | icon 1484
Gələn il "Formula-1 Azərbaycan Qran-Pri"sində sprint yarışı olmayacaq

Formula 1 üzrə 2024-cü il dünya çempionatında sprint yarışlarına ev sahibliyi edəcək ölkələr açıqlanıb.

YeniAvropa xəbər verir ki, mövsümün ilk belə yarışı aprelin 19-21-də Çində Şanxay Qran-Prisində keçiriləcək.

Digər beş sprint yarışı ABŞ (2), Avstriya, Braziliya və Qətərdə təşkil ediləcək.

Bu il ilk dəfə analoji yarışı qəbul edən Azərbaycanda isə gələn il sprint olmayacaq.

Qeyd edək ki, 2024-cü il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də baş tutacaq.