logo

Bağdadda İraq-Azərbaycan birgə komissiyasının iclası keçirilir

09:59 06-12-2023 | icon 3878
Bağdadda İraq-Azərbaycan birgə komissiyasının iclası keçirilir

Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasında iştirak etmək üçün komissiyanın həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti İraqa səfər edib.

YeniAvropa xəbər verir ki, birgə komissiyanın iclasında iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, iqtisadiyyat, qarşılıqlı sərmayə yatırımı, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və birgə layihələr müzakirə ediləcək.

Dekabrın 7-də isə iclas çərçivəsində İraq-Azərbaycan biznes forumu keçiriləcək. Forumda iş adamlarının fəaliyyəti üçün qarşılıqlı imkanların yaradılması, səfərlərin təşkili və qarşılıqlı investisiya məsələləri nəzərdən keçiriləcək.