logo

Azərbaycanda Tailandın Mədəniyyət Günləri keçiriləcək

09:30 06-12-2023 | icon 9492
Azərbaycanda Tailandın Mədəniyyət Günləri keçiriləcək

Gələn il Azərbaycanda Tailandın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom KİV-ə müsahibəsində deyib. 

Mədəniyyətlərin xalqları bir-birinə yaxınlaşdırdığını qeyd edən diplomat daha sonra deyib:“Tailandla Azərbaycanın əlaqələri mədəni, təhsil, turizm və həmçinin mənəvi-mədəni əlaqələr vasitəsilə gücləndirilə bilər. Tailandın maraqlı mədəniyyəti, qədim tarixi, ticarət təcrübəsi, dünya şöhrətli yerli mətbəxi var. Üstəlik, ölkəmiz qida texnologiyasında halal məhsul sertifikatına sahibdir ki, bu da dünyanın ən yaxşı markalarından biridir.

Bundan başqa filmlər, seriallar və ya digər incəsənət növləri vasitəsilə Azərbaycanla mədəni münasibətlərimizi inkişaf etdirə bilərik. Yəni planlaşdırılan Mədəniyyət Günlərində Azərbaycana tayların ən keyfiyyətli nümunələrini təqdim etmək niyyətindəyik”.