logo

Gürcüstan və ABŞ rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər

18:18 05-12-2023 | icon 2443
Gürcüstan və ABŞ rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət katibinin köməkçisinin müavini Coş Huk (Josh Huck) ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyasının yaydığı məlumatda qeyd edilib. 

Bildirilib ki, görüşdə Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın gündəliyi nəzərdən keçirilib, müxtəlif sahələrdə mövcud əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Müzakirə olunan məsələlər arasında regional təhlükəsizlik məsələləri də yer alıb. Baş nazir qlobal çağırışlar qarşısında münaqişələrin sülh yolu ilə həllinin və səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik və humanitar vəziyyət də müzakirə olunub. İrakli Qaribaşvili ölkəsinin suverenliyi, ərazi bütövlüyü və Avropaya inteqrasiya yolunda ABŞ-ın açıq dəstəyinə görə təşəkkürünü bildirib.