Dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı start götürəcək.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, üç gün davam edəcək yarışda milli komandanın 13 üzvü iştirak edəcək.
Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov qitə çempionatında Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kiloqram), Rahid Vəliyev (58 kiloqram), Pərviz İsgəndərov (63 kiloqram), Vaqif Hacıyev (68 kiloqram), Nicat İsmayılzadə (74 kiloqram) və Eltac Qafarova (80 kiloqram) şans verəcək.
Qadınlardan ibarət komandanın baş məşqçisi Sun Mi Park isə yarışda Zemfira Həsənzadə (46 kiloqram), Məryəm Məmmədova (49 kiloqram), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kiloqram), Leyla Bəşirova (57 kiloqram) və Fatimə Məcidovanı (62 kiloqram) sınayacaq.
Komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.
Avropa çempionatında beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, Azərbaycan yığması yarışa bu gün yollanıb.