logo

ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb

14:54 05-12-2023 | icon 1344
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb

Dünən yeni "Azəri Mərkəzi Şərqi" (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "BP"nin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, bundan əvvəl cari ilin avqust ayında Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınmış ACE platformasının üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb.

Quyunun ümumi dərinliyinin 3188 metrədək olacağı planlaşdırılır və bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay çəkəcəyi gözlənilir.

“Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq və bütün bunların əsasında bu sahədə olan təcrübəmiz, innovativ yanaşmalar, eləcə də avtomatlaşdırılmış proseslər və qabaqcıl texnologiyalardan geniş istifadə durur. ACE platformasında bu ilk hasilat quyusunu təhlükəsiz, səmərəli və qrafikə uyğun şəkildə tamamlayacağımıza inanırıq”, - deyə "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğulayıb.