logo

Azərbaycanda Qazaxıstanın mədəniyyət günləri keçirilir

21:51 04-12-2023 | icon 9352
Azərbaycanda Qazaxıstanın mədəniyyət günləri keçirilir

Qazaxıstanın Azərbaycanda mədəniyyət günləri çox yüksək səviyyədə keçirilir. Bu gün Qazaxıstanın incəsənət ustalarının möhtəşəm qala konserti ilə mədəniyyət günlərinə yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel deyib.

Ölkələrimiz arasındakı əməkdaşlığın dinamikasının çox yaxşı olduğunu diqqətə çatdıran səfir əlavə edib: “Dövlət başçılarımızın arasındakı sıx dialoqun sayəsində biz siyasi, iqtisadi, ticari, nəqliyyat, logistika, müdafiə sahələrində səmərəli şəkildə əməkdaşlıq edirik. Lakin mədəni, humanitar əməkdaşlığın iki ölkənin münasibətlərində ayrı önəmli yeri vardır. Biz bundan sonra da xalqlarımızın rifahı naminə işləməyə davam edəcəyik”.