AQTA paytaxtda bir neçə dönərxananı bağlatdırdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri çərçivəsində dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin daha bir neçə rayonunda dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənYeniAvropa-ya verilən məlumata görə, paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən bir sıra dönər satışı obyektlərində növbəti plandankənar yoxlamalar aparılıb.
Qeyd edək ki, monitorinqlər çərçivəsində həmin iaşə müəssisələrində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabları nəticəsində müxtəlif bakteriyalar və digər normativ tələblərin pozulması halları aşkarlanıb. Uyğunsuzluq müəyyən edilmiş bir sıra iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:
- Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən “Manqal Dönər”;
- Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən "Dönəriyyo";
- Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən "Akdeniz" dönərxanası;
- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "Q" yaşayış sahəsində fəaliyyət göstərən “Dönərio".
Həmin dönərxanalarda aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb. Həmçinin qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Vətəndaşlar istehlak etdikləri qida məhsulları ilə bağlı şübhə yarandıqda, bu barədə konkret faktlarla agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib