Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov beynəlxalq təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, referi Gürcüstanın Telavi şəhərində 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatının oyunlarında ədaləti təmsil edəcək.
AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova isə turnirdə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, dekabrın 5-9-da təşkil olunacaq turnirdə Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları iştirak edəcəklər.